Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda mitinq - Yerevanda etiraz aksiyaları davam edir

Metroda mitinq - Yerevanda etiraz aksiyaları davam edir

Tarix: 23 May 2022 12:02

"Gəncliyin səsi" tələbə hərəkatının nümayəndələri metronun "Yeritasardakan" stansiyasında etiraz aksiyası keçirib.

Milli.Az erməni mətbuatına istinadən bildirir ki, "Müqavimət" hərəkatının fəalları səhər saatlarından etibarən Yerevan metrosunda etiraz aksiyaları keçirirlər.

"Gəncliyin səsi" tələbə hərəkatının nümayəndələri metronun "Yeritasardakan" stansiyasında etiraz aksiyası keçirib. Etiraz edənlər vaqonların qapıları arasında oturdular və qatar hərəkət edə bilmədi. Aksiya bir neçə dəqiqə davam edib. Tələbələr stansiyadan keçməyə qərar verdilər və bütün yol boyu vaqonda "Nikol xaindir!" şüarını səsləndirdilər.

Polis "Respublika meydanı" stansiyasına gələn aksiya iştirakçılarını idarəyə gətirib. Aksiyada da iştirak edən deputat Areqnaz Manukyan onları hansı əsasla gətirdiklərini və fəalları hara apardıqlarını anlamağa çalışsa da, heç bir nəticəsi olmayıb. Polis onun suallarına cavab verməyib.

Metropolitenin mətbuat xidmətindən bildiriblər ki, metronun işi saat 09:30-dan bərpa olunub və qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Metroda mitinq Yerevanda etiraz aksiyaları davam edir


RƏYLƏR