Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 21:50
Belçikada qəbul edilmiş yeni qanuna əsasən, yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə yağış suyu üçün çənlər qoyulması məcburidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu qanunun qəbul edilməsi ilə əlaqədar yaxın günlərdə yeni saytın təqdimatı keçirilib. İndi yağış suyunun yığılması üçün çən qoyulmasını planlaşdıran hər kəs öz evinin ehtiyaclarını təmin etmək üçün çənin zəruri ölçülərini hesablaya biləcək. Çənlərdə toplanan sudan ayaqyolunun və avtomobillərin yuyulması, həmçinin bağın suvarılması üçün istifadə etmək mümkün olacaq. Bu qənaətcil üsul, ilk növbədə, ailə büdcəsində su ilə bağlı məsrəfləri azaltmağa, həm də quraqlıq mövsümündə içməli su qıtlığını aradan qaldırmağa kömək edəcək. Beləliklə, bütün yeni binalarda bu və ya digər ölçülü sisternlər quraşdırılması məcburi olacaq.