Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lotu Qulinin adından istifadə edib 12 milyon aldı

Lotu Qulinin adından istifadə edib 12 milyon aldı

Tarix: 24 May 2022 07:56

Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində başından 4 güllə ilə vurularaq öldürülüb.


Etiketlər:  Lotu Qulinin adından istifadə edib milyon aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ