Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” transferlər üçün yeni sahiblərindən 250 milyon dollar alacaq

“Çelsi” transferlər üçün yeni sahiblərindən 250 milyon dollar alacaq

Tarix: 25 May 2022 18:38

"Çelsi"nin yeni sahibləri yay transfer pəncərəsində heyəti gücləndirmək üçün kluba əhəmiyyətli məbləğdə pul verəcək.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Toddom Boelinin rəhbərlik etdiyi konsorsium klubu almaq üçün müqaviləni demək olar ki, tamamlayıb və artıq növbəti mövsüm üçün komandaya kömək etmək variantlarını nəzərdən keçirir.

İlk addım transferlər üçün 200 milyon funt-sterlinq (təxminən 250 milyon dollar) ayrılması olacaq.

Çox güman ki, bu məbləğin böyük hissəsi müdafiə xəttinin gücləndirilməsinə sərf olunacaq. Antonio Rüdiger, Andreas Kristensen və böyük ehtimalla Sezar Aspilikueta yayda klubdan ayrılacaq.

Jurnalistlərin fikrincə, londonlular onları "Sevilya"dan müdafiəçi Jüli Kunde və "Leypsiq"dən Yoşko Qvardiola ilə əvəzləməyi planlaşdırır. Bu oyunçular məşqçilər korpusu üçün prioritet hədəflərdir. Bundan başqa, siyahıda "Vilyarreal"dan Pau Torres və "Atletiko"dan Xose Ximenes də yer alıb.

Mənbə həmçinin bildirir ki, London klubu Timo Verner, Hakim Ziyeç və ya Kristian Pulişiçi satarsa, Rahim Sterlinq ("Mançester Siti") ilə müqavilə imzalayacaq. Romelu Lukaku da klubu tərk edə bilər.


Etiketlər:  Çelsi transferlər üçün yeni sahiblərindən milyon dollar alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ