Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki qadını və uşaqlarını avtomobil vurdu

Bakıda iki qadını və uşaqlarını avtomobil vurdu

Tarix: 26 May 2022 08:36

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.

Sonxeber.net Report-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Adilə Sabir qızı Dünyamalıyeva və onun övladı 2020-ci il təvəllüdlü Banu Turan qızı Dünyamalıyevanı, 1991-ci il təvəllüdlü Türkan Qəhrəman qızı Hacıyeva və onun övladı 2021-ci il təvəllüdlü Sabir Firuz oğlu Hacıyevi avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Haciyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.

Faktla bağlı araşdırma aparılır .


Etiketlər:  Bakıda qadını uşaqlarını avtomobil vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ