Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı oliqarxların dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır

Rusiyalı oliqarxların dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır

Tarix: 26 May 2022 12:52

İlkin hesablamalara görə, Ukraynaya qarşı müharibəyə görə sanksiyalar çərçivəsində Aİ-də dondurulan rusiyalı oliqarxların aktivlərinin dəyəri artıq təxminən 10 milyard avroya çatıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Spiegel"ə görə, bu rəqəmi "dpa" agentliyi Avropa Komissiyasının məlumatlarına əsaslanaraq açıqlayıb.

Rusiyalı oliqarxlar sanksiyalara görə Avropa İttifaqında təxminən 10 milyard avroya yaxın dəyərdə öz fondlarına, daşınmaz əmlaklarına və dəbdəbəli yaxtalarına çıxış imkanlarını itiriblər. Aprelin 8-də bu məbləğ təqribən 6,7 milyarda çatıb. Avropa İttifaqında dondurulmuş Rusiyanın aktivlərinin ümumi məbləği bu vəsaitlərlə birlikdə o zaman təxminən 30 milyard avro təşkil edirdi.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın bərpası üçün bu dondurulmuş aktivlərdən istifadəyə icazə verib. KİV-in məlumatına görə, çərşənbə günü, mayın 25-də Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanunvericilik təklifi ilə çıxış edə bilər.


Etiketlər:  Rusiyalı oliqarxların dondurulan aktivlərinin dəyəri artıq milyard avroya yaxındır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ