Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb

Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb

Tarix: 27 May 2022 07:46

Pentaqon Rusiyanın Ukraynaya qarşı müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu müharibədə təxminən 1 000 tank, 350-dən çox artilleriya, 30 qırıcı-bombardmançı, 50 helikopter itirib.

Pentaqon hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alınsa belə, Rusiya hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

"Rusiyanın döyüşdə istifadə edə biləcəkləri vasitələrin, texnikanın və silahların sayı həqiqətən üstündür və biz bunu nəzərə almalıyıq", - Pentaqondakı mənbə bildirib.

Milli.Az


Etiketlər:  Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ