Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2022 14:54
İraqda qum qasırğasına görə məktəblər və dövlət qurumları bağlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, apreldə başlayan qasırğa daha da intensivləşib.
İraq Səhiyyə Nazirliyinin məlumatına görə, mindən çox sakin tənəffüs problemlərinə görə xəstəxanaya yerləşdirilib.
Bağdad şəhərini qalın toz qatı bürüyüb. Paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Baş nazir bütün zəruri olmayan fəaliyyət sahələrində işin dayandırılmasına göstəriş verib. Bağdad, Nəcəf və Ərbil beynəlxalq aeroportlarında uçuşlar təxirə salınıb.