Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 10:54
Sumı rayonu ərazisində saat 00:00-dan 08:00-dək düşmən sərhədyanı ərazilərə 4 dəfə hücum edib.
Sonxeber.net bildirir ki, bu haqda Sumı Regional Dövlət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski Telegram-da məlumat yayıb.
Onun sözlərinə görə, gecə saatlarında ruslar Rusiya Federasiyası ərazisindən Sumı vilayətinin Xotin icmasına raketlərlə iki hava zərbəsi endirib, Rusiya ərazisindən reaktiv yaylım atəşi sistemindən altı atış həyata keçirib.
Həmçinin Sumı vilayətinin Belopol icmasının ərazisindən özüyeriyən artilleriya qurğusundan 10-a yaxın atəş açılıb. Atəş Rusiya ərazisindən açılıb.
Rusiya Federasiyası ərazisindən Şostkinski rayonunun Seredino-Budskaya icmasının ərazilərində təxminən 8 minaatan atışı qeydə alınıb.
İlkin məlumatlara görə, tələfat yoxdur, dağıntılar dəqiqləşdirilir.
Aslan Məmmədov