Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mələk cildinə girib, sanki ətəyində namaz qılacaqsan"

Tarix: 30 May 2022 14:00

Əməkdar artist Vasif Məhərrəmli verilişlərdən küsüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "MTV maqazin"ə açıqlamasında danışıb. O bildirib ki, buna səbəb proqramlara dəvət edilən bayağı mahnı ifaçılarıdır:

"Küskünlük var, baxırsan ki, nə vaxta qədər davam edəcəksən? Televiziya işçiləri deyir ki, siz efirə gəlmirsiz, biz də başqalarını dəvət edirik. Düzgün musiqilər ifa olunmayanda, adam küsür. Kiminsə xətrinə dəymək istəmirəm, hərənin bir ruzisi var. Bir zamandan sonra bunlar olmayacq. 10-15 günlük mahnılar var, məşhurlaşır və sonra heç kim onlara qulaq asmaq istəmir. Bayağı deyilən musiqini oxuyanlar arasında gözəl səsə malik olanlar var. Onu düzgün musiqiyə xərcləsələr, başqa olar. Onda da deyəcəklər düzgün musiqidən pul gəlmir.

Efirə baxıram, görürəm, ictimaiyətə oynayırlar. Mələk cildinə girirlər, sanki, ətəyində namaz qılacaqsan. Baxanda deyirəm, kaş mən də doğruları danışmasaydım, cildə girsəydim".

Milli.Az


Etiketlər:  Mələk cildinə girib sanki ətəyində namaz qılacaqsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ