Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibənin növbəti həftələri həlledici olacaq

Müharibənin növbəti həftələri həlledici olacaq

Tarix: 31 May 2022 13:16

Rusiya Federasiyasının genişmiqyaslı hücumu səbəbindən Ukraynada vəziyyət daha da ciddiləşə bilər.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Fox News telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ABŞ bunun qarşısını almaq üçün addımlar atır. Millinin fikrincə, bu istiqamətdə bir addım ABŞ və Rusiya ordusu arasında danışıqlardır.

"İnanıram ki, hər zaman eskalasiya ehtimalı var, biz bunu idarə etməliyik və eskalasiya şansını dəyərləndirməliyik. Biz bunu edirik. Ona görə də katib Ostinin həmkarı ilə danışdığını gördünüz, mən də rusiyalı həmkarımla danışıram. Bunun indi olduğundan daha dəhşətli bir şeyə çevrilməsinin qarşısını almaq üçün", - o dedi.

Milli əmindir ki, Ukraynadakı müharibənin yaxın bir neçə həftəsi həlledici olacaq.

"Hazırda Donbasda Ukrayna və Rusiya qüvvələri arasında əhəmiyyətli döyüşlər davam edir. Vəziyyətin növbəti bir neçə həftə ərzində necə inkişaf edəcəyi əsasən gələcək inkişafı müəyyən edəcək", - o dedi.

Milli deyir ki, Donbass uğrunda döyüşlərin nəticəsi ya mövqe savaşına keçid, ya da tərəflərdən birinin qələbəsi ola bilər. O, hər iki tərəfin əhəmiyyətli itkilərini nəzərə alaraq, sülh danışıqlarını müharibədən ən yaxşı çıxış yolu hesab edir.

"Düşünürəm ki, danışıqlar yolu ilə həll məntiqi seçim olardı" deyən o, hər iki tərəfin buna təkbaşına gəlməli olduğunu bildirib.

Əks halda, Ukrayna hadisələrinin nəticələri ya tərəflərdən birinin həlledici qələbəsi, ya da dalana dirəniş ola bilər, Milli qeyd edib.

"Hər şeyin necə bitəcəyi prezident Zelenski və prezident Putindən asılıdır", - ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri yekunlaşdırıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Müharibənin növbəti həftələri həlledici olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ