Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 10:48
Bakı. Trend:
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, Azərbaycanı təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib. 24 yaşlı idmançı (57 kq) təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə qarşılaşıb.
Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi (5:0) ilə başa çatıb. Güləşçinin 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq.
Tatyana Omelçenko da ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib.
Eyni zamanda, Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin