Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burunu düzgün yuma qaydaları

Burunu düzgün yuma qaydaları

Tarix: 31 May 2022 21:15

Burunu yumaq ilin istənilən fəsilində həm sağlam, həm də xəstə insanlar üçün çox vacibdir. Burunun selikli membranı orqanizmi patogenlərdən qoruyur. Amma bir neçə saat sona virus maneələri aşır. Bunun üçün respirator xəstəliklər zamanı burunu su ilə təmizləmək effektiv üsuldur. Bu eyni zamanda yay aylarında burunu küçənin tozundan təmizləməyə də kömək edir. Burunu islatmaq eyni zamanda isti havada lazım olan nəm şəraiti yaratmağa da kömək edir.

Koronavirus pandemiyası ilə əlaqədar bu məsləhətlər öz aktuallığını daha da artırır. Çünki pandemiya dövründə orqanizmin virusa yoluxma riski daha da artır.

Yay aylarında burunu yumaq üçün hazır izotonik və hipertonik məhlullardan istifadə etmək məsləhət görülür.

İzotonik məhlulun dəniz suyunun tərkibində maqnium, sink, kalsium kimi mikroelementlərlə yanaşı, burunun selikli membranını bərpa etməyə kömək edən maddələr var. Bu maddə selikli qişanın üzərindəki kənar maddələrlə dolu seliki təmizləyir, immuniteti artırır və selikli qişanı xarici təsirlərdən qorumağa kömək edir, bu sıraya infeksiyalar da daxildir.

Hipertonik məhlulun tərkibində dəniz duzunun konsentrasiyası çoxdur. Bu isə burundan artıq mayeni ixrac edir və nəfəs almanı asanlaşdırır. Hipertonik məhlulun istifadəsi damargenişləndirici maddələrin istifadəsi ilə eyni effektə sahib olsa da, iş mexanizmi fərqlidir. Həkimlər xəbərdarlıq edirlər ki, iki həftədən çox bu məhluldan istifadə etmək selikli qişanı quruda bilər.

Yay aylarında eyni zamanda əlavə komponentlərin istifadəsi də məqsədəuyğun sayılır. Məsələn, deskpantenol burunun selikli qişasını canlandırır, quruluğu aradan qaldırır. Ektoin isə su molekulları ilə sıx birləşir və nəticədə müdafiə qatı yaranır. Bu müdafiə qatı zərərli bakteriyalardan orqanizmi qoruyur.

Ekspertlər əlavə edirlər ki, burunu tez-tez yuyanda mikrofloranın da yuyulmasından qorxmayın, çünki mikroflora selikli qişaya birləşib. Bu səbəbdən burun yuma prosedurunu lazım olan hallarda etmək lazımdır.


Etiketlər:  Burunu düzgün yuma qaydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ