Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qərb digər ölkələri səfərbər etmək üçün Ukraynadan istifadə edir” - Lavrov

“Qərb digər ölkələri səfərbər etmək üçün Ukraynadan istifadə edir” - Lavrov

Tarix: 31 May 2022 21:52

"Qərb ölkələri Ukrayna və onun ətrafındakı vəziyyəti bəhanə edərək, bütün digər ölkələri öz bayraqları altında səfərbər etməyə çalışır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Təbii ki, dünyadakı bu proseslər dönüş nöqtəsidir. Çoxqütblü dünyanın formalaşması gedir və öz hökmranlığını saxlamaq və bütün regionlara yaymaq istəyən qərbli həmkarlarımız bu proseslərin qarşısını almağa çalışırlar. Onlar Ukrayna və onun ətrafındakı vəziyyətdən bəhanə kimi istifadə edərək bütün digər ölkələri öz bayraqları altında səfərbər etməyə çalışırlar", - deyə Lavrov bildirib.

Milli.Az


Etiketlər:  Qərb digər ölkələri səfərbər etmək üçün Ukraynadan istifadə edir Lavrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ