Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni fazaya keçir, iyunun 13-dən 16-dək...” - Astroloqun MÜHARİBƏ PROQNOZU

Yeni fazaya keçir, iyunun 13-dən 16-dək...” - Astroloqun MÜHARİBƏ PROQNOZU

Tarix: 31 May 2022 22:22

Ukraynalı astroloq Vlad Ross iyun ayı üçün Ukrayna ilə bağlı proqnozunu açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, astroloq müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Ross qeyd edib ki, iyunda döyüşlər davam etsə də, bütün bürclər üçün az-çox sakit ay olacaq. O əlavə edib ki, bu ayda müharibə statik fazaya keçəcək.

"Heç kim heç kimin ərazisini əlindən almayacaq. Amma daha çox raket uçacaq. Əsas odur ki, bu, bombardmana çevrilməsin", - astroloq deyib.

Ross əlavə edib ki, Ukraynada ən şiddətli döyüşlər iyunun 13-dən 16-dək və 27-dən 29-a kimi baş verə bilər. Onun sözlərinə görə, bu zaman Rusiya və Ukrayna arasında düşmənçilik daha da güclənəcək.

Xatırladaq ki, Ross bundan əvvəl Rusiyanın 2024-2025-ci illərdə parçalanacağını iddia edib.

Milli.Az


Etiketlər:  Yeni fazaya keçir iyunun 13 dən 16 dək Astroloqun MÜHARİBƏ PROQNOZU


RƏYLƏR