Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 14:30
"Rusiyanın başlatdığı müharibə nəticəsində Ukraynanın itkiləri 600 milyard dolları keçib".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"İndi bizim üçün çox çətindir. Döyüşlər səbəbindən 5 milyon insan ölkəni tərk edib. Həmçinin 10 minlərlə dinc sakib həlak olub. 200-dən çox fabrik itirmişik", - o söyləyib.
Yermak, həmçinin bildirib ki, Ukrayna özünü müdafiə etməyə davam edir:
"Şərqdə və cənubda şiddətli döyüşlər davam edir. Biz qalib gəlməliyik. Əks halda Ukrayna bir millət və dövlət kimi yox olacaq".
O, həmçinin vurğulayıb ki, Ukraynaya qarşı təcavüzün qarşısının alınmasında əsas rol Rusiya əleyhinə sanksiyaların tətbiq olunmasından asılıdır.