Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 12:08
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin bilet satışından gələn 74 min manat gəliri mənimsəyib ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. V.Məcid barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin