Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taksi sürücüləri şirkətlərdən niyə narazıdır? - ''İstismar edirlər'' - VİDEO

Taksi sürücüləri şirkətlərdən niyə narazıdır? - ''İstismar edirlər'' - VİDEO

Tarix: 1 Iyun 2022 18:32

Bolt taksi xidmətinin bir qrup sürücüsü işə çıxmaqdan imtina ediblər.

Belə ki, sürücülər bir neçə gün öncə günün pik saatlarında mobil tətbiqi bağlayıblar. Bununla da şirkətin mövcud qaydalarına etirazlarını bildiriblər. Onların iddialarına görə, şirkət göstərilən xidmət qarşılığında ödənişləri olduqca aşağı hesablayır. Narazılıqlardan biri də mobil tətbiqdə gediləcək ünvanın və ödənişin əvvəlcədən göstərilməməsidir. Ancaq bu narazılıqlar taksi sürücülərinə baha başa gəlib. Onların sözlərinə görə, təxminən 15 sürücünün tətbiq hesabı şirkət tərəfindən  bloklanıb. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətlər bununla da bitmir. Xidmətin başqa bir sürücüsü Mais İsmayılovun sözlərinə görə, kartla ödəniş zamanı şirkət sürücülərə çatacaq məbləği vaxtından gec ödəyir.

Məsələyə münasibət öyrənmək üçün Boltun Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladıq. (KADR 1076) Şirkətin rəsmisi Naim Əzizov bildirdi ki, sürücülər sifarişi yalnız qəbul etdikdən sonra gediləcək ünvanı və ödəniş metodunu görə bilirlər.  Qanunvericilikdə isə bunu təkzib edən hansısa bir tələb yoxdur. Şirkət rəsmisi həmçinin əlavə etdi ki, sürücülərin sürücülərin ödənişləri gecikdirilmədən hesablarına göndərilir. Mobil tətbiq hesablarının bloklanması məsələsinə gəlincə isə, Naim Əzizov qeyd edib ki, sözügedən taksi xidmətində heç bir əsas olmadan sürücülərin fəaliyyətinə son qoyulmur. 


Etiketlər:  Taksi sürücüləri şirkətlərdən niyə narazıdır İstismar edirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ