Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunlar çürükdür, bunlar fahişədir'' - Ərdoğan

''Bunlar çürükdür, bunlar fahişədir'' - Ərdoğan

Tarix: 1 Iyun 2022 23:50

"Tariximizə xəyanət, rüsvayçılıq və vandalizm aktı kimi "Gəzi hadisələri" adı ilə daxil olmuş hadisələrin 9-cu ilini yaşayırıq. Hadisələr 2013-cü il mayın sonu, iyunun əvvəllərində İstanbuldakı Gəzi parkında bir neçə ağacın kəsilməsi ilə alovlandı. Ağac bəhanəsi ilə çıxan qığılcım bir anda Türkiyə hökumətini, milli layihələrini və beynəlxalq maraqları hədəfə almaq cəhdinə çevrildi". 

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib: "Təsəvvür edin, Dolmabaxça Bezmialəm Validə Sultan Məscidinin içərisində bu quldurlar, bu terrorçular əllərində pivə butulkaları və pivə qutuları ilə az qala məscidin içərisini murdarlayıblar. Bunlar belədir, bunlar çürükdür, bunlar fahişədir.

Onlar üçün ulu məbəd nədir, nə deyil fərqi yoxdur. İctimai binaların, polis maşınlarının, təcili yardım maşınlarının, iş yerlərinin, mülki nəqliyyat vasitələrinin, bələdiyyə avtobuslarının, küçələrin, parkların yandırılaraq dağıdıldığı Gəzi hadisələrinin arxasında hansı qüvvələrin dayandığını artıq bilirik və tarix də yazacaq. Kamal bəy (Kamal Kılıçdaroğlu-red.) orada idi. Niyə? Çünki aparıcı qüvvə o idi. Onlar millətə, ölkəyə heç bir xeyir verməyəcəklər. Onlar yalnız terrorçuların yanındadırlar, çünki onlar da terrorçudurlar. Gəzi hadisələrinin arxasında duran qaranlıq personajlara kiminsə "demokratiya qəhrəmanı" kimi yanaşmasına aldanmayın, onların hamısı xəyanətlərinin fərqində olan beşinci kolon üzvləri idi".

Qeyd edək ki, Ərdoğanın çıxışı sosial mediada və ictimaiyyət arasında sərt reaksiyaya səbəb olub. 


Etiketlər:  Bunlar çürükdür bunlar fahişədir Ərdoğan


RƏYLƏR