Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bütün dinlərdən uzaqlaşıram”

“Bütün dinlərdən uzaqlaşıram”

Tarix: 2 Iyun 2022 04:45

"Allahı hiss etdikcə, sevdikcə, qəbul etdikcə, bütün dinlərdən, rituallardan uzaqlaşıram. Çox qəribə duyğudur. Ona sonadək inanır, ana dilimdə dualar edir, hər davranışımda onu düşünür, hər saniyəmə şükür edirəm". 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. O, Allahı sevdikcə, bütün dinlərdən uzaqlaşdığını qeyd edib:

"O var, o mütləqdir, mükəmməldir, gözəgörünməzdir, hər yerdədir, böyükdür. O ilahi düzən, ilahi balans, kainatın memarı, yaradılışın səbəbkarıdır mənim üçün. Amma, dini rituallar, ayinlər və s.-ə qarşı bir o qədər də soyuqlaşıram. Qəribə hisslərdir".


Etiketlər:  Bütün dinlərdən uzaqlaşıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ