Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir Britaniya şahzadəsi xaricə köçdü

Daha bir Britaniya şahzadəsi xaricə köçdü

Tarix: 2 Iyun 2022 19:16

Britaniya kraliçası II Elizabetin nəvəsi şahzadə Yevgeniya əri Cek Bruksbenk və bir yaşlı oğlu Avqustla birlikdə Portuqaliyaya köçüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ailənin bu addımı Bruksbenkin aktyor Corc Kluni ilə dost olan iş adamı, multimilyonçu Mayk Meldmanla yeni işə başlaması ilə bağlı olub. O, Lissabonun cənubunda tikilən özəl kurort "CostaTerra Golf and Ocean Club"-da satış, marketinq və tanıtım şöbəsində işə düzəlib.

Kraliçanın başqa ölkəyə köçən digər nəvəsi Şahzadə Harridən fərqli olaraq, Yevgeniya vətəninə mütəmadi səfər etməyi planlaşdırır.

Qeyd edək ki, 32 yaşlı York şahzadəsi Yevgeniya şahzadə Endryunün qızıdır. O, Britaniya taxtının varisliyi sırasında sayca 12-cidir.

Milli.Az


Etiketlər:  Daha bir Britaniya şahzadəsi xaricə köçdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ