Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyaya xəyanət etməmişəm və Ukraynaya qarşı deyiləm'' - xalq artisti

''Rusiyaya xəyanət etməmişəm və Ukraynaya qarşı deyiləm'' - xalq artisti

Tarix: 3 Iyun 2022 21:24

Ukraynadakı hərbi əməliyyatların fonunda mədəni ləğvlərlə üzləşən Rusiyanın Xalq artisti Anna Netrebko "Zeit" nəşrinə müsahibə verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, onun bu ilin sonuna kimi nəzərdə tutulan tamaşa proqramına baxmayaraq Rusiyaya qastrol səfərinə qayıtmaq fikri yoxdur:

"Hazırda Rusiyada oxumaq fikrim yoxdur. Hətta Sankt-Peterburqda keçirilən "Beyaz gecələr" festivalında belə, çünki məncə doğru vaxt deyil. Ancaq açıq deyim ki, mən öz ölkəmdə çıxış etməkdən həzz alıram və şərait imkan verən kimi orada yenidən mahnı oxumağı səbirsizliklə gözləyirəm.Orada oxumağı öyrəndim, karyerama başladım və Rusiyadakı dinləyicilərim üçün oxumaq  mənə dəyərlidir".

A.Netrebko özünü siyasətdən kənar adam adlandırıb:

"Ölkəmi, mədəniyyətimi, xalqımı sevirəm. İndi baş verənlərin doğru olduğunu düşünmürəm, amma mən rus olaraq qalıram".

Anna indiki halda özünü iki od arasında gördüyünü söyləyib:

"Ailəmi, sənətimi, hamını sevindirə bilmirəm. Bəli, müəyyən mənada iki stulda oturmaq istəyirəm. Lazım gələrsə, hətta üç. Nə vaxtsa insanlar başa düşəcəklər ki, Rusiyaya xəyanət etməmişəm və Ukraynaya qarşı deyiləm. Sadəcə insan olmağa çalışıram".

O, müsahibəsində Ukraynadakı hərbi əməliyyatlar mövzusuna da toxunub:

"Təbii ki, bu dəhşətli zorakılığın əleyhinəyəm. Çoxlu talelər tanıyıram - bombalanan insanlar, qaçmağa məcbur olanlar. Bir-birimizlə bu barədə çox danışırıq, bu, məni sarsıdır. Amma bu vəziyyəti dəyişə bilmərəm".

Qeyd edək ki, o, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.


Etiketlər:  Rusiyaya xəyanət etməmişəm Ukraynaya qarşı deyiləm xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ