Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşa Belarusla sərhəddə 120 kilometr uzunluğunda divar çəkib

Polşa Belarusla sərhəddə 120 kilometr uzunluğunda divar çəkib

Tarix: 3 Iyun 2022 21:32

Polşa inşaatçıları Belarusla sərhəddə artıq 120 kilometr uzunluğunda divar tikiblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən bildirilib. Nazir müavininin sözlərinə görə, sərhəddə divar çəkilməsinə yanvarın 25-də başlanıb. Tikinti işlərinə üç növbədə çalışan 3 min inşaatçı cəlb olunub. Hündürlüyü 5,5 metr olan hasarın ümumi uzunluğu 187 kilometr təşkil edəcək.

Polşaya Belarus tərəfdən qeyri-leqal miqrantların keçməsinin qarşısını almaq məqsədi daşıyan divarın çəkilməsinə 7 milyon metr polad boru sərf olunacaq. Divarın üstündən isə tikanlı məftillər çəkilir və elektron müşahidə vasitələri - videokameralar və hərəkət sensorları quraşdırılır. Tikinti işlərinin iyun ayının sonunadək yekunlaşacağı bildirilir.

2021-ci ildə qeyri-leqal miqrantlar Belarus-Polşa sərhədini keçməyə 41 mindən çox cəhd göstəriblər.

Milli.Az


Etiketlər:  Polşa Belarusla sərhəddə 120 kilometr uzunluğunda divar çəkib


RƏYLƏR