Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Estoniyaya böyük hesabla qalib gəldi

Millimiz Estoniyaya böyük hesabla qalib gəldi

Tarix: 3 Iyun 2022 22:04

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Milli.Az matc.az-a istinadən bildirir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Parnu şəhərindəki "Parnu Rannastadion"da keçirilən oyunu Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edib.

Keçirdiyi 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya yığması qrupumuzun aşkar autsayderi idi. Bu rəqiblə oyun yığmamız üçün də uğurlu alınıb. Komandamız səfərdə 5 cavabsız qola sevinib.

Bu qələbədən sonra millimiz A qrupunda 8 oyuna topladığı 7 xalla 5-ci pillədə qərarlaşıb.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
3 iyun

Estoniya - Azərbaycan 0:5
Qol: M.Qurbanlı, 3; 33. R.Abdullazadə, 49-pen. C.Nuriyev, 50. İ.Zülfüqarlı, 84.
Baş hakim: Robert İan Jenkins (Uels).
Parnu. "Parnu Rannastaadion".

Estoniya: 1. Karl Kaiser Kiidyarv, 2. Kristo Hussar, 3. Kristoffer Qrauberq Lepik, 4. Sander Aleks Liit, 6. Kristyan Pelt, 7. Robi Saarma, 8. Mihkel Yarviste (k), 10. Henri Valya, 16. Rocco Shein, 17. Mixael Şyonning-Larsen, 18. Markus Allast.
Ehtiyat oyunçular: 12. Kaur Kivila, 5. Kaspar Laur, 9. Danil Kuraksin, 13. Otto-Robert Lipp, 14. Rasmus Saar, 15. Artur Şarnin, 19. Daniil Petrunin, 20. Oliver Rass, 21. Joonas Soomre.
Baş məşqçi: Roman Kojuxovski.
Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 16. Ədilxan Qarəhmədov, 17. Rüfət Abdullazadə, 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 3. Arsen Ağcabəyov, 6. İldar Ələkpərov, 8. Səbuhi Abdullazadə, 14. Fərid Yusifli, 18. Abdullah Xaybullayev, 20. Rauf Əhmədov, 21. İsmayıl Sülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.

Xal durumu: Xorvatiya - 19, Avstriya - 16, Norveç - 15, Finlandiya - 13, Azərbaycan - 7, Estoniya - 0.

Milli.Az


Etiketlər:  Millimiz Estoniyaya böyük hesabla qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ