Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Maybach”ı ilə yenə qayda pozdu - VİDEO

“Maybach”ı ilə yenə qayda pozdu - VİDEO

Tarix: 4 Iyun 2022 12:40

Müğənni Manaf Ağayev "Mercedes-Maybach" markalı lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, M.Ağayev idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib.

O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə "Yol hərəkəti" haqqında qanuna əsasən, sürücüyə 3 bal və 60 manat məbləğində cərimə tətbiq edilir.

Xatırladaq ki, M.Ağayev bundan əvvəl Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati həbs cəzası alıb.

Qayda pozuntusunun əks olunduğu görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Maybachı ilə yenə qayda pozdu VİDEO


RƏYLƏR