Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna müharibəsi ilə bağlı İsveçrədən yeni qərar

Ukrayna müharibəsi ilə bağlı İsveçrədən yeni qərar

Tarix: 4 Iyun 2022 17:08

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında İsveçrə hakimiyyəti Avropa ölkələri tərəfindən İsveçrədən Ukraynaya alınan hərbi texnikanın ehtiyat hissələrinin tədarükünə icazə verib.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.

Məlumata görə, təkrar ixracın bu növü ölkənin neytrallığını pozmur.

Qeyd olunur ki, Bern bu cür məhsulların Almaniya və İtaliyaya satışına icazə verir.

"Federal Şuranın mövcud təcrübəsinə uyğun olaraq, hərbi texnikanın ehtiyat hissələri və montaj elementləri şəklində tədarükünə prinsipcə icazə verilir. Agentlik bu təcrübəni davam etdirmək qərarına gəlib", - hesabatda deyilir.

Aslan Məmmədov


Etiketlər:  Ukrayna müharibəsi ilə bağlı İsveçrədən yeni qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ