Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike və Şakira ayrıldıqlarını təsdiqlədilər

Pike və Şakira ayrıldıqlarını  təsdiqlədilər

Tarix: 4 Iyun 2022 19:44

"Barselona"nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakira ayrıldıqlarını açıqlayıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, cütlük birgə bəyanatla ayrıldıqlarını təsdiq ediblər:

"Yollarımızı ayırdığımızı təsdiqlədiyimizə görə təəssüflənirik. Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə, şəxsi həyatımıza hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik".

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub. Pike və Şakira 2011-ci ildən münasibətdədirlər, lakin onlar rəsmi nikahda deyildilər. Cütlüyün Milan (9 yaş) və Saşa (6 yaş) adlı iki övladı var.

Milli.Az


Etiketlər:  Pike Şakira ayrıldıqlarını təsdiqlədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ