Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda cibgir saxlanıldı: "Bu, həyat tərzimdir"

Metroda cibgir saxlanıldı:

Tarix: 4 Iyun 2022 23:18

Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun "İnşaatçılar" stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirliyin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Metroda cibgir saxlanıldı Bu həyat tərzimdir


RƏYLƏR