Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 08:03
Mədə -bağırsaq traktında mühüm yerlərdən biri bağırsağa aiddir. Qida maddələrinin parçalanması və assimiliyasiyasını yerinə yetirir.Yəni bədənimiz üçün bir növ bio-filtr rolunu oynayır. Bağırsaq xəstəliklərinə xas olan simptomlar bütün həzm sisteminin işinə təsir edə bilər. Patoloji vəziyyətlərə müxtəlif amillər, məsələn: hormonal xəstəliklər, anadangəlmə irsi fon, iltihablı və ya infeksion proseslər səbəb ola bilər.
Qarın nahiyəsində ağrılar
Bu bağırsaqlarla probleminiz olduğunu bildirən və həkimə müraciət etmək üçün əmin ola biləcəyiniz ilk və ən əhəmiyyətli simptomdur.
Qarının aşağı nahiyəsinda kəskin, sıx, ağrılar nazik bağırsaqdakı problemləridən danışa bilər. Tutma xarakterli, sağ və sol yanlara verən ağrılar isə yoğun bağırsaqdakı funksional pozğunluqları göstərir.
Köp
Bu yüksək qaz yığıntısı, şişkinlik, sancı və bol qaz ifrazı halında özünü göstərir. Normalda, sağlam bir insanda, mədə-bağırsaq traktında 200-300 ml-dən çox qaz olmur və bu, məsələn, yemək zamanı və ya siqaret çəkməklə havanın daxilə alınması yolu ilə qəbul edilə bilər. Bağırsaqdakı qazların meydana gəlməsi, çox problemli bir haldır. Bakteriyaların çoxalmasına keyfiyyətsiz ərzaqlar və ya yediyimiz qidalar səbəb ola bilər.
Qanaxma
Nəcisdə qanın ya seliyin görünməsi bağırsaqda müxtəlif xəstəliklərin olmasından danışır: bunlar babasil, düz bağarsağın çatı, poliplər, Kron xəstəliyi və s.kimi xəstəliklər ola bilər. Biz axıntının xarakterinə və rənginə gorə hansı kliniki təzahürlə rastlaşdığımızı ehtimal edə bilərik. Qanaxma çox və ya az ola bilər. Bundan əlavə ağrı, yanma, qaşınma ilə də muşayət oluna bilər.
Belə simptomlar son dərəcə təhlükəlidir, müstəqil müalicə edilə bilməz və təcili sürətdə proktoloqa müraciət edilməlidir. Müalicə evdə, lazım gələrsə xəstəxana şəraitində aparıla bilər.
Əgər vaxtında tədbir alınmasa, xəstəlik xroniki hala keçə bilər. Bu da müxtəlif ağırlaşmalara səbəb ola bilər.