Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pullu dəmrov

Pullu dəmrov

Tarix: 5 Iyun 2022 09:00

Pullu dəmrov müalicəsi olmayan xroniki autoimun xəstəliyidir. Bu xəstəlik təkcə dəriyə yox, damarlara və müxtəlif orqanlara da ziyan vurur.

"Psoriaz" sözü qədim yunan dilindən tərcümədə "qotur xəstəliyi" mənasını verir. Amma nə bu, nə də sinonimi xəstəliyin bütün aspektlərini əks etdirmir. Dəridə ləkə müxtəlif yerlərdə üzə çıxa bilər və müxtəlif ölçüdə ola bilər. İltihab, qaşınma, soyulma, azalma baş verə bilər və yenidən təkrarlana bilər.

Əgər sadələşdirsək, orqanizmi mikroblardan qoruyan T-limfositləri dərinin sağlam hüceyrələrinə hücum edir. Bu zaman isə dəri daha çox hüceyrə yaradır. Normada dəri hüceyrlərinə yaranmaq üçün, səthə çıxmaq üçün 3-4 həftə vaxt lazım olur. Pullu dəmrov xəstəliyi səbəbindən isə proses bir neçə dəfə sürətlənir və hüceyrələr bir neçə günə səthə çıxır. Amma orqanizm onlardan belə tezliklə qurtula bilmir. Dəri üzərində qırmızı, qaşınan ləkələr meydana çıxır. Bu, pullu dəmrovdur.

Pullu dəmrov bütün dəri xəstəlikləri arasında dünyada ən geniş yayılmış növdür. Planet əhalisinin 3.5 faizi bu xəstəlikdən əziyyət çəkir. Pasiyentin cinsi və yaşı fərq etmir. Elmə südəmər körpələrlə yanaşı, yaşı 90-dan çox olan insanların da bu xəstəliyə yoluxması məlumdur. Stalindən tutmuş Britni Spirsə qədər məşhurlar da bu xəstəlikdən əziyyət çəkiblər.

Pullu dəmrovun dəqiq yaranma səbəbi hələ də alimlər tərəfindən müəyyən edilməyib. Çox güman ki, pullu dəmrov xəstəliyinin yarınmasında genetik faktorlar rol oynayır. Stres, siqaret və spirtli içkilər, çirkli ekologiya xəstəliyin yaranmasını sürətləndirir.

Pullu dəmrov yoluxucu deyil. Ümumi qab-qacaq istifadəsi, hovuzda üzmək, toxunmaq, öpüşmək, cinsi əlaqə zamanı da bu xəstəlik ötürülmür. Elm bunu çoxdan sübut edib.

Müasir günümüzdə xəstəliyi tam müalicə etmək olmur. Amma simptomlara nəzarət edərək pasiyentin vəziyyətini yüngülləşdirmək mümkündür.

Bizim bu gün əsas məsələmiz pasiyentlərin həyat keyfiyyətini artırmaqdır. Bu səbəbdən də xəstəliyə nəzarət etmək üçün bütün müasir üsullardan istifadə edirik.

Əgər pullu dəmrovdan şübhələnirəmsə və ya bu diaqnoz qoyulubsa, nə etməli?

-Uzunmüddətli mübarizəyə hazır olun. Xəstəlik yüngül olmasa da, bu gün həkimlər sizi ən müasir dərmanlarla müalicə edə bilərlər.

-Həkimə müraciət edin. İlk şübhələr varsa, dərhal dermatoloqa yaxınlaşın.

-Özünüzü xalq təbabəti ilə müalicə etməyə çalışmayın. İnternetdən "şübhəli" dərmanlar sifariş verməyin. Fırıldaqçılar sizin sağlamlığınızla yox, cibinizlə maraqlanırlar.

-Əzələlərdəki ağrılara diqqət edin. Ağrı hiss edən kimi revmatoloqa müraciət edin.

-Elmi araşdırmalar sübut edir ki, pasiyentə vaxtında ciddi və effektiv müalicə kursu yazanda nəticələr daha yaxşı olur. Həkimin yazdığı prosedur və dərmanlardan qaçmayın.

Pullu dəmrov fiziki narahatlıq və ağrıdan başqa psixoloji sarsıntılara da səbəb olur. Bu xəstəliyin səbəb olduğu ləkələr insanda utanc hissi yaradır. Ətrafdakı insanların xoşagəlməz sözləri və iyrənmələri bunu daha da artırır. Pullu dəmrov xəstələrini işə qəbul etmirlər, çimərlik, fitnes-mərkəz, gözəllik salonundan qovurlar. Belə diskriminasiya hallarını artırmaq olar. Bu isə pasiyentin özünü izolyasiyası ilə nəticələnir. Həyəcan, depresiya artır, yaxın və fiziki münasibətlər imkansız olur.

Pullu dəmrov heç də alın yazısı deyil. Bizim üzərimizə düşən bu diaqnozu olan xəstələrə kömək etmək, özümüzdə və yaxınlarımızda xəstəliyi vaxtında aşkar etmək və zamanında müalicəyə başlamaqdır.


Etiketlər:  Pullu dəmrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ