Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hər yerdən cəsədləri yığırıq”: Böyükadada “pişik koronavirusu” yayılıb - VİDEO

“Hər yerdən cəsədləri yığırıq”: Böyükadada “pişik koronavirusu” yayılıb - VİDEO

Tarix: 5 Iyun 2022 17:52

Türkiyənin İstanbul şəhərinin Böyükada ərazisində "pişik koronavirusu" adlandırılan xəstəlik yayılıb.

Mili.Az Xəzər TV-yə istinadən bildirir ki, heyvansevərlər dörd ayda 700-ə yaxın pişiyin öldüyünü iddia ediblər.

"Feline Infectious Peritonitis" (FIP) epidemiyasının başladığı, bir çox pişiyin xəstəlik səbəbindən öldüyü bildirilir.

Büyükadada heyvansevərlər yoluxucu və sağalmaz xəstəliyə qarşı karantin otaqları hazırlayırlar. Könüllülər istifadəsiz evlərdə ağır xəstə pişiklərə qulluq edirlər.

"Səkkiz pişiyimi bu xəstəlik səbəbindən itirdim. Məsuliyyətli olduğum ərazidə 210 pişikdən 50-si qaldı. Hesab edirəm ki, indi virusun pik həddindəyik. Hər yerdən pişik cəsədləri yığırıq", - deyən könüllülərdən biri əlavə edib ki, müalicə pul tələb etdiyindən kimi bağ evini satır, kimi kredit götürür.

Milli.Az


Etiketlər:  Hər yerdən cəsədləri yığırıq Böyükadada pişik koronavirusu yayılıb VİDEO


RƏYLƏR