Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavininin 17 yaşlı qızı ÖLDÜRÜLDÜ – Prokuror hadisə yerinə GƏLDİ - FOTO

Nazir müavininin 17 yaşlı qızı ÖLDÜRÜLDÜ – Prokuror hadisə yerinə GƏLDİ - FOTO

Tarix: 5 Iyun 2022 19:16

Bildirilir ki, faciədən bir neçə gün əvvəl sevgililər arasında böyük dava olub və qız ayrılmaq qərarına gəlib...

İki gün əvvəl Moskvanın Odintsovo rayonunda sahibsiz evdə çoxsaylı bıçaq xəsarətləri olan qızın meyiti tapılıb. Ölən şəxsin Moskva vilayətinin tikinti nazirinin müavini Marat Sibatulinin qızı 17 yaşlı Yeva olduğu üzə çıxıb. Əməliyyatçılar "isti izlər"lə qatil olduğu iddia edilən şəxsi saxlayıblar. Qeyd olunur ki, Moskva vilayətinin prokuroru vəzifəsini icra edən Andrey Qantsevin tapşırığı ilə Odintsovo şəhər prokuroru Yevgeni Kunegin şəxsən hadisə yerində olub.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, öldürülən Yevanın atası Marat Sibatulin qızı ilə əlaqə kəsilən kimi həyəcan təbili çalıb. Daha sonra nazir müavini qızın dostları ilə əlaqə saxlayıb və axtarışa başlayıb. O, qızının meyitini tərk edilmiş binada aşkar edib.

İstintaqın müəyyən etdiyi kimi, aralarında Yevanın da olduğu bir qrup yeniyetmə Romaşkovo kəndində istirahət edib - orada gənclər gəzib, pivə içib və pnevmatik tapançadan atəş açıblar. Sonra onlara Yevanın sevgilisi 17 yaşlı Kirill Yurçikov da qoşulub. O, əylənən kampaniyanı kəndin kənarındakı tərk edilmiş evlərə getməyi təklif etdi. Sərxoş yeniyetmələr razılaşıblar. Ehtimal ki, Kiril bir neçə gün əvvəl ayrıldığı sevgilisinin indiki əlaqələrini öyrənmək istədiyi üçün onu sahibsiz otaqlardan birinə aparıb.

Bildirilir ki, faciədən bir neçə gün əvvəl sevgililər arasında böyük dava edib və qız Kirildən ayrılmaq qərarına gəlib. Daha bir mübahisə, ehtimal ki, qısqanclıq zəminində tərk edilmiş evdə baş verib, nəticədə oğlan məktəbli qıza bıçaqla çoxsaylı xəsarətlər yetirib. Kriminalistlər qızın bədənində ən azı 10 bıçaq yarası aşkar ediblər.

Qətli törədən Yurçikov artıq saxlanılıb. Onun barəsində məkəmə həbs-qətimkan tədbiri seçib. O, İstintaq Komitəsi tərəfindən dindiriləcək. Kirilin atası da dindirilməyə çağırılıb. Bəzi məlumatlara görə, qatilin ögey atası Nemçinovski polis şöbəsinə şəxsən zəng vurub və əlindən xəsarət almış oğulluğunu xəstəxanadan birbaşa polisə gətirib.

17 yaşlı Yevanın özəl məktəbi bitirdiyi və modelliklə məşğul olduğu məlum olub. Onun sosial şəbəkələrində peşəkar fotosessiyalardan ibarət çoxlu şəkilləri var. Qətlə yetirilən məktəbli qız və onun ətrafı "qızı gənclər" hesab oluna bilərlər. Qız tez-tez restoranlardan, səyahətlərdən fotoşəkillər yayımlayır, həmçinin lüks markalardan paltar və çantalar geyinirdi.

Yurçikovun həyatı haqqında çox az məlumat var. Oğlanın hesablarından birində onun buz üzərində xokkey formasında şəkilləri var. Qonşuların dediyinə görə, gənc sakit təbiətli olub. "Ağıllı, tərbiyəli oğlandır", - qonşulardan biri deyib.

Qızın atası 40 yaşlı Marat Sibatulin Moskva vilayətinin tikinti nazirinin müavini vəzifəsini tutur. Əvvəllər o, Moskva vilayətinin Nəqliyyat və Yol İnfrastruktur Nazirliyinin yolların təmiri və istismarı şöbəsinin müdiri, satınalma şöbəsinin müdiri olub. Məlum olub ki, Sibatulinin azyaşlı oğlu da var.


Etiketlər:  Nazir müavininin yaşlı qızı ÖLDÜRÜLDÜ Prokuror hadisə yerinə GƏLDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ