Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 19:33
Bəzi vərdişlər vardır ki, qadınlara gözəl və gənc qalmağa səbəb olur.
Bu dəfə Sizlərə faydalı vərdişlər haqqında danışacayıq...
Səhərlər yaxşı əhval ruhiyyədə qalxmaq, dartınaraq - idman hərəkətləri etmək, yaxşı hadisələr haqqında düşünmək həmçinin güzgüyə təbəssümlə baxmaq gənc qalmağınıza kömək edəcəkdir. Gülüş insana xoş əhval ruhiyyə və pozitiv hisslər bəxş edir.
Ac qarına 1 stəkan su içmək. Əgər bunu adət halına salsanız orqanizminizin sağlamlığı üçün çox gözəl şərait yaratmış olacaqsınız. Maddələr mübadiləsi güclənərək, mədə - bağırsaq traktını normada saxlayacaqdır.
Həftəfə 3 dəfə idmanla məşğul olmaq. Gücünüz, əhvalınız, hava şəraiti yaxşı olmasa belə idmanla məşğul olmaq bədəninizi formada saxlamaq üçün sizə stimul vermiş olacaqdır.
Gecələr yemək yeməmək. Bu sağlam qalmaq üçün ən sağlam vərdişdir. Əsasən yaş 30-u keçibdirsə. Gecə yeməyindən imtina bədən formasını normada saxlayacaqdır.
Saat 9 - dan gec olmayaraq yatmaq. Bu vərdiş qadına cavan qalmağı vəd edir. 9 dan sonra orqanizm turşuluq hormonlarını ifraz edir, bu hormonun intensiv mənimsənilməsi qaranlıqda və yatan vaxtı baş verir.