Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəhman Rəhmanovun gəlini - Həyat yoldaşıma xəyanət etmərəm - VİDEO

Rəhman Rəhmanovun gəlini - Həyat yoldaşıma xəyanət etmərəm - VİDEO

Tarix: 6 Iyun 2022 16:45

ARB TV-nin "O Üz" verilişinin bu dəfəki buraxılışı Əməkdar artist Rəhman Rəhmanovun rəhmətə gedən oğlu İlhama həsr olunub.

Sonxeber.net xəbər verir ki, Əməkdar artistin gəlini Azadə Rəhmanova ölən həyat yoldaşı haqqında danışıb:

"Kasıb, amma çox xoşbəxt idik. Çətinlik olsa da hər zaman bir-birimizi başa düşməyə çalışardıq. Gözəl xasiyyəti və gözəl səsi var idi. Bəzən atası ilə toylara gedirdi. Qəlbimdə, ürəyimdə sonsuza qədər İlham yaşayacaq. Həyata 2-ci dəfə gəlsəydim yenə onun xanımı olardım. O günü xatırlamaq istəmirəm, xatirəmdə çox acı bir gün kimi qalıb. Bizim qaldığımız evin 2-ci mərtəbəsində təmir işləri gedirdi və tutacağı yox idi. Hər zaman deyirdim ki, bu düzəlsə yaxşı olardı. Elə bil ürəyimə dammışdı ki, burdan kimsə yıxa bilər. İşdə idim, saat 4 idi. Zəng elədilər ki, İlham yıxılıb təcili gəl xəstaxanaya. Gedəndə gördüm ki, tanınmaz haldadır, başı şişib. O yerdən yıxılıb və balaca daş şah damarını kəsib. Ondan sonra 2-ci bir adam haqqında heç vaxt düşünmədim. Xatirəsinə belə xəyanət etmərəm".


Etiketlər:  Rəhman Rəhmanovun gəlini Həyat yoldaşıma xəyanət etmərəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ