Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nə Ukrayna Müdafiə Nazirliyinə, nə də Ali Radaya zərbə endirilməyib"

Tarix: 6 Iyun 2022 17:42

Rusiya Ukraynaya çoxsaylı buraxılış raket sistemləri (MLRS) və uzaqmənzilli raketlərin tədarükünə nəqliyyat infrastrukturuna və dövlət qurumlarına hücumlarla cavab verəcək.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

"Rusiya, bizim prezidentimiz, Ali Baş Komandanımız Putinin dediyi kimi, hələ də çəkindiyimiz obyektlərə zərbələr endirməklə reaksiya verəcək", - deyə deputat müvafiq sualı cavablandırıb.

"Kiyev hava limanı fəaliyyət göstərir, orada dəmiryol vağzalları, magistral dəmir yolu xətləri, avtomobil körpüləri və digərləri, həm də hakimiyyət orqanları... Nə Ukrayna Müdafiə Nazirliyinə, nə Baş Qərargaha, nə Ali Radaya, nə də qərarların qəbul edildiyi digər nazirliklərə hələ ki heç bir zərbə endirilməyib", - Kartapolov qeyd edib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Ukrayna Müdafiə Nazirliyinə Ali Radaya zərbə endirilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ