Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 08:30
Bu ilin payızından çağırışçılar hərbi hissələrə göndərilməzdən əvvəl təlim-məşq təcrübəsindən keçəcəklər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmətə çağırışla bağlı son dəyişiklikləri şərh edərkən deyib.
"Bütün çağırışçılar təlimin məcburi mərhələsindən keçəcəklər, yalnız bundan sonra onlar hərbi hissələrə göndəriləcəklər", - Papikyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda yay hərbi xidmətə çağırış iyunun 13-də başlayacaq və iyulun 15-dək davam edəcək.