Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 08:32
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdiyi Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsi davam edir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 6-cı turda Məmmədyarov dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olub.
Qrossmeysterimiz 8,5 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə Veselin Topalovla (Bolqarıstan) ağ fiqurlarla heç-heçə etsə də, növbəti görüşdə uduzub. O, 4 xalla 9-cu yerdədir.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.