Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 18:36
Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi hərəkətlərdə təsnifat yarışları davam edir.
Trend-in məlumatına görə, Azərbaycanı yarışlarda hər üç gimnast təmsil edir. Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova lentlə hərəkətlərdə çıxış edir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin