Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kreml Zaporojye və Xersonun statusu ilə bağlı xəbərləri təkzib etdi

Kreml Zaporojye və Xersonun statusu ilə bağlı xəbərləri təkzib etdi

Tarix: 7 Iyun 2022 20:02

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda Zaporojye və Xersonun statusunu müzakirə etməkdən imtina etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü Rusiya KİV-də yayılan xəbəri şərh edərkən bunun yanlış məlumat olduğunu bildirib.

Qeyd edək ki, "İzvestiya" media resursu yüksək rütbəli mənbəyə istinadən yazıb ki, Ukrayna ilə yeni sazişdə Xerson və Zaporojye vilayətlərinin statusu məsələsi müzakirə olunmayacaq. Bu mövzunun da Krım və Donbass kimi Moskva üçün bağlanmış məsələ olduğu iddia edilib.

Milli.Az


Etiketlər:  Kreml Zaporojye Xersonun statusu ilə bağlı xəbərləri təkzib etdi


RƏYLƏR