Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 10:10
Müğənni Nərmin Kərimbəyova reanimasiyaya yerləşdirilib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bir müddət əvvəl ağır əməliyyat keçirən sənətçi uzun illərdir Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova donor olmuş, onun qaraciyərinin bir hissəsi qardaşına nəql edilmişdi.
Türkiyədə gerçəkləşən transplantasiya əməliyyatından sonra Nərmin Kərimbəyovanın vəziyyəti gün keçdikcə daha da pisləşdiyi üçün bu gün reanimasiyaya yerləşdirilib.
Məlumata görə, qardaşı Kamran Kərimbəyovun səhhəti müsbətə doğru dəyişməkdədir. Lakin bunun əksinə, sənətçinin sağlamlığında ciddi problemlər yaranır.