Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qatar gözləyən qadın relslərə yıxıldı - VİDEO

Qatar gözləyən qadın relslərə yıxıldı - VİDEO

Tarix: 8 Iyun 2022 14:00

ABŞ-ın Nyu York şəhərində qəribə hadisə baş verib. Bronks bölgəsində Jackson Avenue metrostansiyasında naməlum şəxs qarşısında dayanıb qatarın gəlməsini gözləyən 52 yaşlı qadını relslərin üzərinə itələyib. O anda dayanacağa yaxınlaşan qatarın olmaması faciənin qarşısını alıb. Nyu York Polis Departamentindən verilən məlumata görə, Linkoln xəstəxanasına aparılan qadın yüngül şəkildə yaralanıb, başında və qolunda kəsiklər aşkar olunub. Qadın ona hücum edənin tutulması üçün xalqdan kömək istəyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, baş verən hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub. Polis naməlum şəxsin tapılması istiqamətində araşdırmalara başlayıb.


Etiketlər:  Qatar gözləyən qadın relslərə yıxıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ