Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 14:25
Müğənni Rəqsanə İsmayılova oğlu ilə görüntüsünü paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladının üzünü göstərməməyə çalışıb.
Rəqsanə paylaşımına "Doğrudan da ana olmaq çox məsuliyyətli bir misiyadır. Övlad qoxusu cənnət qoxusudur. Bəzən efirlərə baxıram ki, valideynlər övladlarını böyütmək üçün ömürlərini, günlərini xərcləyir, sonda övlad həmin ata-anaya sahib çıxmır... Allah heç bir valideynin əziyyətini yerdə qoymasın. Övladların da canını sağ eləsin" sözlərini yazıb.
Qeyd edək ki, Rəqsanənin 3 qız, bir oğul övladı var.