Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

Tarix: 9 Iyun 2022 14:24

Prezident İlham Əliyev Saatlı rayonunun Məmmədabad-Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad-Genişkənd avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli.Az


Etiketlər:  Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ