Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynanın Su-25 təyyarəsini vurub

Rusiya Ukraynanın Su-25 təyyarəsini vurub

Tarix: 9 Iyun 2022 16:22

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində "DXR"-in Mazanovka yaşayış məntəqəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O, həmçinin ötən sutka ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın 13 pilotsuz uçuş aparatını vurduğunu da söyləyib.

Koneşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin hərbi itkilərini də açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 193 təyyarə, 130 helikopter, 1163 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksi, 3471 tank və digər zirehli döyüş texnikası, 493 reaktiv yaylım atəşi sistemi, 1834 səhra artilleriya və minaatan, o cümlədən 3512 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".


Etiketlər:  Rusiya Ukraynanın təyyarəsini vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ