Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyası olmayanlardan qaçıram'' - Xuraman həmkarları haqda

''Həyası olmayanlardan qaçıram'' - Xuraman həmkarları haqda

Tarix: 9 Iyun 2022 22:20

Müğənni Xuraman Şuşalı şou-biznes nümayəndələri ilə münasibətindən danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Maqazin plus" verilişinə müsahibə verən sənətçi ona atmaca atan həmkarlarından uzaq durmağa çalışdığını bildirib:

"Hamıyla münasibətim yaxşıdır, ötüşdürməyi bacarıram. Söz atanlardan isə qaçıram, ünsiyyət qurmuram və onlar olan yerə getmirəm. O, hər an həyanı apara bilər. Bir söz deyərsən, elə cavab verər ki, abır-həyan gedər. Həyası olmayan, özünü üstün tutan insanlardan uzaq dururam. Onlarla özümü yan-yana görmürəm, ehtiyat edirəm. Şou-biznesdə elə adamlar çoxdur. Ünsiyyət qurmuram, auraları mənfi olur və mənə təsir edir. Nə gözüm görsün, nə də təsir etsin".


Etiketlər:  Həyası olmayanlardan qaçıram Xuraman həmkarları haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ