Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fərid Qayıbov və “Zirə”nin fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb - FOTO

Fərid Qayıbov və “Zirə”nin fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb - FOTO

Tarix: 10 Iyun 2022 18:08

Məlum olduğu kimi, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən ¼ final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

İyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və "Zirə" Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.

Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.

Xatırladaq ki, yarımfinal matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin "Steel" arenasında baş tutacaq.

Milli.Az


Etiketlər:  Fərid Qayıbov Zirənin fəxri prezidenti mini futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb FOTO


RƏYLƏR