Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oyunun asan olmayacağını bilirdik" - Vladimir Vayss

Tarix: 11 Iyun 2022 07:36

Slovakiya millisinin futbolçusu Vladimir Vayss UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

O, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Oyunun asan olmayacağını bilirdik. 90 dəqiqə də bunu təsdiqlədi. Qol vuracağımıza inanırdıq. Şadam ki, bu baş verdi. Qrupun favoriti olduğumuzu bilirik. Təəssüf ki, bu yaxınlarda baş məşqçimiz istefaya göndərildi. Buna baxmayaraq, gücümüzü göstərdik".

Milli.Az


Etiketlər:  Oyunun asan olmayacağını bilirdik Vladimir Vayss


RƏYLƏR