Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 10:04
Çeçenistanda 3 nəfər itkin düşüb. Onların qətlə yetirilərək basdırıldığı iddia olunur.
Sonxeber.net bildirir ki, bu faciəli hadisə Qroznıdakı manikür salonlarından birindəki seansda başlayıb. 34 yaşlı çeçen Mariya xidmətlərindən sürəkli istifadə etdiyi pedikür ustası, əslən Şimali Osetiyadan olan Sovyaya mənzildə əxlaqsız eyş-işrət gecəsinə qatılmağı təklif edib.
Gecədə Mariya, onun 30 yaşlı əri, Çeçenistanın İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı Bəşir, Bəşirin 31 yaşlı əmisi oğlu Adam və 19 yaşlı Sofya iştirak ediblər.
Gecədə yaşananları Mariya smartfonla videoya çəkib, Bəşir isə narkotik maddələr qəbul edib.
Daha sonra Bəşir bəzi görüntüləri "qürrələnmək" üçün dostuna göndərib. Və bu, onun fatal səhvi olub.
Fotolar sosial şəbəkələrdə, çatlarda ildırım sürətilə yayılıb, sonda Çeçenistan polisinin əlinə düşüb.
Müstəntiqlər Bəşirlə Adamı bir neçə dəfə ifadə verməyə çağırsalar da, yetərincə dəlil olmadığından onlara qarşı ittiham irəli sürülməyib.
Az sonra isə həmin gecədə çəkilmiş videolar sosial şəbəkələrdə dolaşmağa başlayıb və Çeçenistan prezidenti Ramzan Kadırova da çatdırılıb.
O isə DİN rəhbərliyinə gecənin bütün "qəhrəman"larının təcili tapılmasını əmr edib.
Gecədə iştirak etmiş dörd nəfərdən üçü - Mariya, Bəşir və Adam itkin düşüblər.
İddialara görə, onlar təyyarəyə minərək Türkiyəyə qaçmaq istəsələr də, Kadırovun göstərişi ilə təyyarə geri qaytarılıb.
Mariya, Bəşir və Adamın qətlə yetirilərək basdırıldıqları iddia olunur.
Sofyanın isə hazırda narkotik asılılıqdan məcburi müalicə kursu keçdiyi vurğulanır.