Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təhsil ekspertindən MARAQLI TƏKLİF - Test tapşırıqlarını yeni qurum hazırlasın - VİDEO

Təhsil ekspertindən MARAQLI TƏKLİF - Test tapşırıqlarını yeni qurum hazırlasın - VİDEO

Tarix: 12 Iyun 2022 05:32

Dövlət İmtahan Mərkəzi ötən il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin nəticələri ilə bağlı narahatlıqları  "Abituriyent 12" jurnalında qeyd edib. Bildirilir ki, orta statistik məzun məktəb proqramının 42-73%-ni, yəni demək olar ki, yarısından çoxunu mənimsəmir. Ötən il abituriyentlər testlərin yalnız 27-58 faizinə düzgün cavab veriblər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il ali təhsil müəssisələrinə imtahan verən abituriyentlər fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında yer alıb.

Məlumatda bildirilib ki, test tapşırıqları məktəb proqramı çərçivəsində hazırlanır. Ancaq görünən odur ki, orta statistik məzun məktəb proqramının 42-73%-ni mənimsəmir. Dövlət İmtahan Mərkəzinin qənaətinə əsasən, buna səbəb məktəblərin böyük qismində tədris prosesinin normal aparılmaması, tələbkarlığın zəifliyi, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Təhsil eksperti Elşən Qafarov isə tam fərqli fikirlər səsləndirdi. Ekspert nəticələrin zəif olmasını başqa detallar ilə əlaqələndirir.

Təhsil eksperti deyir ki, yaranmış vəziyyətdən çıxış yolu var. Ancaq bunun üçün Dövlət İmtahan Mərkəzindən test hazırlamaq, vəsait buraxmaq və xüsusi proqramla fəaliyyət göstərmək səlahiyyətləri alınmalı və yalnız imtahanları keçirən texniki bir quruma çevrilməlidir. Testologiya mərkəzi və ya institutu yaradılmalıdır ki, sualların tərtibi məsələsinə məhz o qurum nəzarət etməlidir.

"Abituriyent 12" jurnalında o da qeyd olunub ki, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayon, məktəb, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin təcrübəsi öyrənilməli və yayılmalıdır.

Milli.Az


Etiketlər:  Təhsil ekspertindən MARAQLI TƏKLİF Test tapşırıqlarını yeni qurum hazırlasın VİDEO


RƏYLƏR