Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya Ukraynanı kapitulyasiyaya məcbur edir!''

''Rusiya Ukraynanı kapitulyasiyaya məcbur edir!''

Tarix: 12 Iyun 2022 22:00

Rusiya qorxu və panika yaymaqla Ukraynanı təslim olmağa məcbur etmək istəyir. Ukrayna heç vaxt bu qədər qan tökən Rusiya rejiminə ərazi güzəştlərinə razı olmayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Onlar bizi təslim aktı imzalamağa məcbur edəcək qədər xaos, panika və qorxu yaratmağa çalışırlar. Bu, alınmadı. Biz o əhval-ruhiyyədə olmağa belə yaxın deyilik", - Reznikov bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi göstərdi ki, Ukraynanın müttəfiqləri onları müdafiə etməkdən daha çox insan hüquq və azadlıqlarından danışırlar.

Nazir Qərbin bürokratiya və praqmatizminin onun dəyərlərindən qat-qat güclü olduğunu söyləyib.


Etiketlər:  Rusiya Ukraynanı kapitulyasiyaya məcbur edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ